Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şabran rayonunda narkotik satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.
Gununsesi.org criminal.az-a istinadən xəbər verir ki, idarə əməkdaşları Güləndi kəndində keçirdikləri əməliyyat nəticəsində ümumilikdə 5 nəfər saxlanılıb.
Əməliyyatçılar ilk olaraq Şabran stansiyası ərazisindəki kafeyə daxil olaraq Anar, Elşən və Mehdi adlı şəxsləri yaxalayıb. Anarın yaşadığı evə gedən əməliyyatçılar maraqlı hadisənin şahidi olublar.
Məlumat üçün bildirək ki, Şahin məşhur futbolçu, Azərbaycan milli komadasının qapıçısı Kamran Ağayevin bibisi oğludur.
Rayon sakinlərinin verdiyi məlumata görə, tutuan şəxslər rayon ərazisində uzun müddətdir narkotik satışını həyata keçirirlər. Onlar bir neçə dəfə tutulsalar da, sonradan azadlığa çıxaraq fəaliyyətlərini davam etdiriblər.
Gununsesi.org