Kamran Şahsuvarlı “Rio-2016”nı bürünc medalla başa vurdu

  • By admin
  • 18 Avqust 2016 22:23

kamran-1

Avqustun 18-də “Rio-2016” Yay Olimpiya Oyunlarında Azərbaycan boksçusu Kamran Şahsuvarlı (75 kq) dördüncü görüşünə çıxıb.

Gununsesi.info xəbər verir ki, yarımfinal mərhələsində dünya çempionu, Panamerika Oyunlarının birincisi, kubalı Arlen Lopeslə qarşılaşan Kamran Şahsuvarlı rəqibinə məğlub olaraq “Rio-2016”da çıxışını dayandırıb və Olimpiya Oyunlarını bürünc medalla başa vurub.

K.Şahsuvarlı əvvəlki üç görüşündə Zao Minqqanq (Çin), Artyom Çebotaryovu (Rusiya), dünya çempionu, qazaxıstanlı boksçu Janibek Alimxanlını mübarizədən kənarlaşdırıb.

Boksçumuz Rio Olimpiadasında iştirak etmək hüququnu ölkəmizdə keçirilən boks üzrə dünya Olimpiya təsnifat turnirində əldə etmişdi.

Gununsesi.info