Kanadada kiçikhəcmli təyyarə qəzaya uğrayıb, pilot və sərnişin ölüb

  • By admin
  • 25 May 2019 20:56

Kanadada kiçikhəcmli təyyarə qəzaya uğrayıb.

Gununsesi TASS-a istinadla xəbər verir ki, hadisə Monrealın təxminən 90 km. şimal-şərqində baş verib.

Hadisə yerinə dərhal təcili yardım qrupları cəlb edilib.

Qeyd edək ki, qəza nəticəsində təyyarənin pilotu və sərnişin vəfat edib. Onların şəxsiyyəti müəyyənləşdirilir.

Yerli polis tərəfindən araşdırma aparılır.