Kanadada naməlum şəxs atəş açıb, 5 gənc yaralanıb

  • By admin
  • 31 Oktyabr 2019 09:31

Kanadanın Toronto şəhərində naməlum şəxs tərəfindən açılan atəş nəticəsində 5 nəfər yaralanıb.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polisin nümayəndəsi bildirib.

Hospitala yerləşdirilmiş yaralılar 16-18 yaşlı oğlanlar və qızlardır. Onların vəziyyəti ağırdır.

Məlumata görə, polis hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər barəsində axtarış-əməliyyat tədbiri keçirir.

 

Gununsesi.org