Kanadada təyyarə gölə düşüb, itkin düşənlər var

  • By admin
  • 28 Oktyabr 2019 10:00

Kanadada yüngül mühərrikli təyyarə gölə düşüb.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Manitoba vilayətində qeydə alınıb.

Regionun paytaxtı Vinnipeqdən 280 kilometr şimal-şərqdə təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər itkin düşüb.

Xilasedicilər təyyarənin qalıqlarını aşkarlayıblar. Hazırda itkin düşənlərin axtarışları aparılır. Axtarışlara dalğıclar da cəlb edilib.

 

Gununsesi.org