Karateçimizdən qızıl medal

  • By admin
  • 26 Yanvar 2020 21:24

Parisdə start götürən Karate 1 Premyer Liqa turnirində İrina Zaretska qızıl medal qazanıb.

Gununsesi.org xəbər verir ki, Azərbaycan təmsilçisi norveçli Endrin Hilton, serbiyalı Andriana Vasoviç, çinli Qonq Li və yaponiyalı Kayo Someyanı məğlub edərək finala yüksəlib. Həlledici görüşdə misirli Feryal Abdelazezi məğlub edən İ.Zaretska Karate 1Premyer Liqa turnirinin qalibi olub.

Qeyd edək ki, karateçimiz Rafiz Həsənov (67 kq) yarışda bürünc medal qazanıb.

 

Gununsesi.org