Kartof-soğanun ixracına gömrük rüsumu tətbiq edildi - BAHALAŞMA BAŞ NAZİRİ NARAHAT ETDİ

  • By admin
  • 06 Aprel 2019 15:54

 

Baş nazir Novruz Məmmədov “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərar imzalayıb.

Gununsesi.org-un verdiyi xəbərə görə, aprelin 30-dək ölkədən ixrac olunması üçün kartofun 1 kiloqramına 1 ABŞ dolları gömrük rüsumu tətbiq ediləcək. Soğan və kələmin ixracına görə isə mayın 31-dək 1 kiloqram üçün 2 ABŞ dolları gömrük rüsumu tutulacaq.

Qeyd edək ki, bu qərar son günlər ölkə daxilində bu 3 məhsulun qiymət artımını nizamlamaq üçün verilib.