Keçmiş icra başçıları “atışdı” - BİR-BİRİNİ ERMƏNİYƏ İŞLƏMƏKDƏ İTTİHAM ETDİLƏR

  • By admin
  • 11 Aprel 2019 10:36

Kəlbəcərin işğalının növbəti il dönümündə sosial şəbəkələrdə rayonun o zamanki rəhbəri, hazırda Almaniyada siyasi mühacir həyatı yaşayan İlham Həsənin döyüşdə olması və yaralı əsgərə kömək etməsini əks etdirən foto maraqla qarşılanıb.

Sosial şəbəkə istifadəçiləri icra başçısının əlinə silah alaraq döyüşməsini qəhrəmanlıq kimi qiymətləndirərək, mövcud hakimiyyətdə belə bir şəxsin olmadığını deyib.

Bu arada Kəlbəcərin daha bir sabiq başçısı Sahib Əkbərov İlham Həsənovu xəyanətdə ittiham edib. Qarşılıqlı ittihamlara söykənən müzakirələrdə Sahib Əkbərov  Kəlbəcər xalqı unutqan olma” xəyanətkarın yekəsidi bu..Lazım deyil, beləsini Milli qəhrəman edəsiniz…Milli qəhrəman xalqı milləti ilə bir yerdə olar…Qaçıb xaricdə boş-boğazlıq eləməz…”- deyə yazıb.

Sosial şəbəkənin kəlbəcərli istifadəçiləri isə bu ifadələrinə görə, Sahib Əkbərovu “yaltaq”, “ikiüzlü” adlandırıb. Onlar Sahib Əkbərovu sərt ifadələrlə tənqid edərək, İlham Həsənovun xidmətlərinin danılmaz olduğunu yazıb.

İlham Həsənovun özünün də cavabı gecikməyib:  “Sahib Ələkbərov  bütün Azərbaycan xalqı bilir ki, sən ermeni- rus kəşfiyyatına işləyən bir xəyanətkarsan. Bu damganı nə silə bilmərsən, nə də kimsəyə yapışdıra bilmərsən”.

Sahib Əkbərov: Əgər yadaşın yerindədirsə, yox yerində deyilsə yadına salıram…
1.Nazirlər kabinetinin qərarı ilə sərhəd rayonlarına o, cümlədən Kəlbəcər verilən 500 avtamatı 3 pulemyot Yevlaxdan Rəhim Qazıyevdən sən götürdün.Sonrada satdın…Qərarda silahların siyahisini da mən vermişəm Daxili işlər nazirliyinə..
2.Mənə qarşı sui qəsd etdirməyin…
3.Aprel 1992-ci ildə mən Bakıda olarkən yeznən Nizami ilə Ağdaban kəndini dağıtdırdığın….Nizami polis rəisi idi…
Məndə sənin haqqında çox faktlar var….Gəl mən sənə sübut edəcəm…Qaçıb xarişdə it kimi hürmə yaramaz…Fakt kəlbəcəri sən yaramaz dağıymısan…Elə deyilsə niyə, qaçırsan…Mənim haqımda alçaq-alçaq danışırsan…

Sahib Əkbərova cavab olaraq isə facebook istifadəçiləri İlham Həsənovun Avropaya hansısa əməlinə görə deyil, sırf siyasi təqib və təzyiqlərə məruz qaldığına görə getdiyini yazıb.

Sahib Əkbərovun İlham Həsənovu sonradan anti-milli qüvvə adlandırmasına cavab olaraq isə  siyasi mühacir Azərbaycann dövlət müstəqilliyinin bərpası haqqında qanunun əleyhinə səs verənlərin siyahısını paylaşıb. Həmin siyahıda Ali Sovetin deputatı olmuş Sahib Əkbərovun da müstəqilliyə qarşı çıxanlardan biri olduğu görünür.

Qeyd edək ki, bu müzakirəyə yüzlərlə Kəlbəcər köçkünü qoşulub.

Azərbaycanın tanınmış vəkilllərindən olan Ceyhun Yusifov da İlham Həsənovu müdafiə edib: “Mən 2004-2005-ci illərdə “Azəryolservis”də hüquqşunas işləyirdim. Əsas işimdən biridə məhz Kəlbəcər qaçqınlarının mövcud olan hüquqi problemlərinə kömək etmək idi.Yadımdadır həmin zamanda Kəlbəcərin icra başçısı indi ” qəhramanlıq”-dan danışan bu Sahib Ələkbəbərov idi.Mən onda camaaatın onun etdiyi özbaşınalığdan necə qəhərlənərək danışdıqlarının şahidi olmuşam. Bəlkə Kəlbəcər tarixində Sahib kimi aşağı zəkalı kürsü üçün hər şeyə hazır olan 2-ci başçı olmayıb ( biri də var?). Ataların bir deyimi yadıma düşdü– At ölüb itlərin bayramıdı və ya utanmasan oynamağa nə var ki…Sonda onuda xatırlatmağı özümə borc bilirəm ki, İlhamın dırnağında olan vətənpərvərlik Sahibin başında yoxdu əziz Kəlbəcərlilər. “Bunu mən şəxsən sizlərdən eşitmişəm..

Gununsesi.org