Keçmiş İcra başçısı və deputat İlham Əliyevə müraciət etdi: İŞSİZƏM – Musa Musayev

  • By admin
  • 25 Noyabr 2019 15:17

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı (2000-2005) və Naftalan şəhərinin icra başçısı çalışmış Musa Musayev ölkə başçısı İlham Əliyevə müraaciət edib. Musa Musayev həmin müraciətinin bir nüsxəsini də Gununsesi.org-a gönərib. Həmin müraciəti təqdim edirik:

“Hörmətli cənab Prezident, İlham Heydər oğlu Əliyev !

Məni bu müraciəti yazmağa məcbur eden son 10-ildə mənə qarşı olan biganəlikdir. Mən xidmətlərim və tərcümeyi-halım barədə yazmağa ehtiyac duymuram, çünki xidmətlərimi ulu öndər Heydər Əliyev və siz cənab Prezident İlham Əliyev layiqincə dəyərləndirib qiymətləndirmisiniz.

1999 -cu ilin dekabrından YAP-ın Siyasi Şurasının üzvü, 2000-2005 -ci illər Milli Məclisin deputatı, 2006-2010-cu illərdə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışam. Eyni zamanda, onu da vurğulamağı özümə borc bilirəm ki, siz – cənab Prezident YAP-ın sədri kimi 2005-ci ilin noyabrında partiyamızın namizədi kimi mənim namizədliyimi Binəqədi rayonunda 8-ci dairədən irəli sürmüşdünüz. O vaxt bəzi təxribatlar nəticəsində mən millət vəkili seçilə bilmədim və sonradan bəzi məsələlərin üstü açıldı…

Cənab Prezident, 25 yanvar 2010-cu il sizin sərəncamınızla mən Naftalan Şəhər İcra Hakimiyyetinin başçısı vəzifəsindən azad edildikdən sonra, Naftalana yeni icra başçısının təqdimatına gələn prezident aparatının şöbə müdiri, hörmətli Zeynal Nağdəliyev mənə bildirdi ki, cənab Prezident mənə və Prezident aparatının rəhbəri hörmətli Ramiz Mehdiyevə tapşırıq verib ki, səni başqa işlə təmin edək. Men Bakıya qayıtdıqdan sonra düz 3 il gözlədim. Nəticə olmadığını görüb, dəfələrlə Zeynal Nağdəliyevlə telefon əlaqəsi yaratdə. Eyni zamanda,  YAP-ın icra katibi Əli Əhmədovla dəfələrlə görüşlərim oldu və onlardan xahiş etdim ki, cənab Prezidentə məlumat verin ki, mən işləmək istəyirəm. Onların cavabı mənə bu oldu ki, “cənab Prezidentə məlumat verdik və sən tezliklə müvafiq işlə təmin olunacaqsan”.

Nəticənin olmadığını gördükdə mən məcbur oldum ve 2018-2019 -cu illərdə, cənab Prezident sizə, hörmətli 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş nazir Novruz Məmmədova, Milli Məclisin sədri Oqtay Əsədova və Prezident adminstrasiyasının keçmiş rəhbəri hörmətli Ramiz Mehdiyevə teleqramlar ve məktublar yazdım. Cavabların sorağı isə Yasamal Rayon İcra Hakimiyyətindən gəlir ki, “bu iş bizim səlahiyyətimiz daxilində deyil”.

Mən məcbur olub yenidən Mehriban xanımın qəbul şöbəsinə telefon zəngi etdim ve Tibilisi prospektinde yerleşen idman sarayında 1-ci vitse-prezident Mehriban xanımın nümayəndəsi Zərifə xanımla görüşüb ətraflı söhbət etdik, məqsəd və məramımı açqladım. Nəticə isə hələlik yoxdur.

Cənab Prezident İlham Heyder oğlu Əliyev, yeganə YAP-ın Siyasi Şurasının üzvüyəm ki , təqaüd yaşım çatmayıb və 50-yaşımdan bu günə 10-ildir, işsizəm. Apardığınız uğurlu islahatları dəstkləyərək, sizə inanaraq və güvənərək mən məcbur olub çox hörmət bəslədiyim cənab Prezident, sizə müraciət edirəm. Mənim tutduğum yol ulu öndər yoludur, bu yoldan məni döndərmək, sındırmaq və mövqeyimi dəyişdirmək qeyri-mümkündür!

Mən şərəflə, ləyaqətlə ulu öndərə və cənab Prezdentimizə, dövlətimizə, millətimizə və Yeni Azərbaycan Partiyasına xidmət etmişem, edirəm və ömrümün axırına qədər edəcəm..!”

Gununsesi.org