“Təkrar edirəm, müəllimlərin maaşı 2000 manat olmalıdır” - Misir Mərdanov (VİDEO)

  • By admin
  • 06 Noyabr 2019 15:20
İctimai TV-də yayımlanan 3D verilişdə bu dəfə Dadaş Dadaşlinskinin qonağı AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov olub.
Gununsesi.org  xəbər verir ki, sabiq təhsil naziri Dadaş Dadaşlinskinin suallarına cavab verib.

Ən diqqət çəkən suallardan biri məktəblərdə yığılan “süpürgə pulu” ilə bağlı olub. Misir Mərdanov məsələyə belə münasibət bildirib:

 

“O dövrdə də məsələni müxtəlif jurnalistlər, məni istəməyən müəyyən qüvvələrin dəstəyi ilə həddindən artıq qabardırdılar. Müəllimi gözdən salmaq üçün belə addımlar atılırdı. İndi də düşünürəm və eyni fikirdəyəm ki, onların heç birinin ciddi əsası yox idi.

 

Biz millətimizin gənclərinin talehini müəllimə buraxırıqsa, müəllimin nüfuzunu artırmalıyıq. Müəllimə oldu-olmadı böhtan atmaq, bir müəllim iş görürsə, bunu bütün müəllimlərin adına yaymaq kimi hallar çox olub. Mən belə hallara həmişə qarşı olmuşam”.