Keniyada 3 amerikalı öldürülüb

  • By admin
  • 06 Yanvar 2020 11:48

Keniyada “Əl-Şabab” qruplaşmasının silahlıları tərəfindən ölkənin hərbi bazasına edilmiş hücumu nəticəsində ABŞ-ın 1 hərbçisi və müqavilə ilə xidmət edən 2 əməkdaşı həlak olub.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Afrika komandanlığının mətbuat xidməti məlumat yayıb.

Mətbuat bildirilir ki, hücum Menda Bey hava limanı ərazisindəki Keniya silahlı qüvvələrinin hərbi bazasında həyata keçirilib. Hücum zamanı daha iki ABŞ əsgəri yaralanıb.

Silahlılar bazaya daxil olaraq həmçinin aerodromda olan 6 mülki təyyarəni zədələyiblər.

Hücum Keniya hərbçiləri ilə birlikdə dəf edilib. Hücum edən silahlılar arasındakı itkilər barəsində məlumat yoxdur.

Xəbər Oxu.az saytında dərc edilib.

 

Gununsesi.org