Kerimcanı villasından qovdular, Amerikaya köçdü- VİDEO

Kerimcanı villasından qovdular, Amerikaya köçdü

Türkiyənin sosial şəbəkə fenomeni, DJ Kerimcan Durmaz Amerikaya köçüb. Gununsesi.org xəbər verir ki, buna səbəb onun təyyarədə çılpaq foto çəkdirərək paylaşması və sərt tənqidlə üzləşməsidir. 

Sosial media istifadəçiləri  və şou-biznes üzvləri tərəfindən 5 aydır linç edilən Kerimcan Nyu-Yorka getmək qərarına gəlib. O, köçməmişdən əvvəl yaşadığı villadan qovulub. Aylıq gəliri 500 min TL olan dicey 30 minə kirayə qaldığı mənzildən çıxarılıb. 

Beykoz sakinləri K. Durmazla eyni məhəllədə qalmaq istəmədiklərini bildirib. Villalar şəhərciyinin sahibi Erdal Acar “Posta” qəzetinə danışaraq məlumatı təsdiqləyib. 

Kerimcən ərazidən uzaqlaşmaq istəməsə də, E. Uyar mühafizə xidmətinin köməyi ilə diceyi villadan qovub. 

COMMENTS