Kılıcdaroğluna hücuma görə cinayət işi başlandı

  • By admin
  • 22 Aprel 2019 10:05

Aprelin 21-də Ankarada şəhidin dəfn mərasimində CHP lideri Kamal Kılıçdaroğluya qarşı edilmiş hücumla bağlı cinayət işi açılıb.

Gununsesi.org-un  Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə Ankaranın baş prokuroru Yüksel Kocaman bildirib.

Onun sözlərinə görə, sözügedən hücumun terrorla əlaqəsi olub-olmadığı və ya provakasiya ehtimalı araşdırılır.

Gununsesi.org