Kiprdə prezident seçkiləri başa çatıb

  • By admin
  • 04 Fevral 2018 22:07


Kiprdə keçirilən prezident seçkilərində səsvermə başa çatıb.

Trend-in məlumatına görə, səsvermə yerli vaxtla saat 18-də yekunlaşıb.

Prezident seçkilərinin birinci turu yanvarın 28-də keçirilib. Səsvermənin nəticələrinə görə, ikinci tura 35,5% səs toplayan sağçı “DİSİ” partiyasından namizəd, ölkənin hazırki prezidenti Nikos Anastadiadis və 30,25% səs toplayan solçu “AKEL” partiyasının nümayəndəsi Stavros Malas keçib.

Gununsesi.info