Kirayəyə 15, məktəbə 75 min verirlər- FOTOLAR

Kirayəyə 15, məktəbə 75 min verirlər

Türkiyənin pop ulduzu Gülşən və aranjimançı həyat yoldaşı Ozan Çolakoğlu yeni albom üçün Londona köçüblər. Gununsesi.org xəbər verir ki, cütlük bir müddət İngiltərədə qalacaq. Bu səbəbdən onlar ev kirayə götürüblər, övladları Azuru bahalı məktəbə yazdırıblar.

Türkiyə KİV-ləri yazır ki, iki tanınmış sima kirayə haqqı olaraq 15 min TL (təxmini 4525 AZN), Azurun məktəbi üçün 75 min lirə (təxminən 22627 AZN) ödəniş edirlər.

“Azurun 3 yaşı olacaq. Orada olduğumuz müddətdə bir neçə saat təhsil almağını istəyirik. Hətta Londona dayəsiz getmişik. Bizim köməkçimiz belə yoxdur. Hər işimizi özümüz görürük”- deyə Gülşən bildirib.




COMMENTS