Kirkorovla Aygün yenidən bir araya gələcək

  • By admin
  • 09 Sentyabr 2019 11:19

Rusiyanın Xalq artisti Filipp Kirkorov yenidən Azərbaycana gəlir. Gununsesi.org xəbər verir ki, bu barədə o, instaqram səhifəsində məlumat verib.

Məşhur müğənni iki gün (30-31 Oktyabr) Bakı Konqres Mərkəzinin səhnəsində çıxış edəcək. O, konsertdə “#цветнастроения“ şousunun premyerasının da baş tutacağını açıqlayıb. 

Bundan əlavə, gecədə Xalq artisti Aygün Kazımovanın da səhnəyə çıxacağı ehtimal edilir. Onlar səhnədə “Jara” musiqi festivalında yeni aranjımanda təqdim etdikləri “Jalma” duetini səsləndirəcəklər.

Gununsesi.org