“Kişiləri yoldan çıxarmaq üçün göndərdiyin şəkillər…” - qətl törədən qadının məhkəməsi başlayıb

  • By admin
  • 18 İyun 2019 15:27

Qəsdən adam öldürməkdə təqsirli bilinən qadın hakim qarşısına çıxarılıb. O, qeyri-rəsmi münasibətdə olduğu şəxsi qətlə yetirib.

Gununsesi.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə adam öldürməkdə ittiham edilən Qasımova Günel Eldar qızının cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmədə mərhumun yaxınları təqsirləndirilən şəxsə etirazlarını bildiriblər.

“İki uşağı yetim qoydun. Onsuz da malını, pulunu sən yeyirdin. Axı niyə öldürürdün? Sən azadlığa çıxsan neçə kişinin başını yeyəcəksən. Öz ərini evdə, digərlərini də başqa yerdə saxlayırdın. Kişiləri yoldan çıxarmaq üçün nələr etməmisən. Göndərdiyin şəkillərin göz qabağındadır. Sən türmədə də kişiləri ələ alacaqsan” – deyə mərhumun yaxınları bildirib.

Məhkəmənin baxış iclası iyunun 25-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xırdalan şəhərində baş verib.

Abşeron rayonunun Xırdalan şəhər sakini, 27-ci məhəllə ev 2, mənzil 9 da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.

Rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin Qasımova Günel Eldar qızı tərəfindən törədildiyi məlum olub. Günel Qasımova 39 yaşlı kişini gecə saatlarında parkda bıçaqlayaraq hadisə yerindən qaçıb. Daha sonra o polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.