Köçəryanın məhkəməsi başladı- İRƏVAN QARIŞDI

Köçəryanın məhkəməsi başladı

Yerevanda keçmiş prezident Robert Koçaryanın məhkəməsinin ikinci günü məhkəmə binası qarşısında onu dəstəkləyən və əleyhinə etirazlar təşkil olunub. Koçaryan ölkənin konstitusion quruluşunu devirmək ittihamıyla məhkəmə qarşısına çıxarılıb.

Mayın 14-də məhkəmə Koçaryan barəsində həbs qətimkan tədbirilə əlaqədar qərarını açıqlamalıdır. Müdafiə tərəfi onun zaminə buraxılması, yaxud ev dustağı edilməsini istəyib. Keçmiş prezidentin vəkilləri məhkəməyə sədrlik edən hakimin də dəyişdirilməsini istəyiblər.

Digər təqsirləndirilənlər – prezidentin işlər idarəsinin keçmiş rəhbəri Armen Gevorgyan və ehtiyatda olan generallar Seyran Ohanyan və Yuri Xaçaturov həbsdə deyillər.

Dörd təqsirləndirilən 2008-ci ildə Koçaryan hakimiyyətinin son günlərində konstitusion quruluşu dəyişməyə çalışmaqda suçlanır.  Onlar konkret olaraq, təhlükəsizlik qüvvələrinə müxalifət tərəfdarlarına qarşı gücdən istifadə əmri verməkdə ittiham olunurlar. O zaman nümayişlərə çıxanlar 2008-ci ilin fevralında keçirilmiş prezident seçkisinin saxtalaşdırıldığını deyərək etiraz edirdilər.

Həmin ilin 1mart toqquşmaları zamanı 8 etirazçı və iki polis əməkdaşı öldürülüb. Bundan öncə Kocharian ölkədə üç həftəlik fövqəladə vəziyyət elan etmişdi. Təqsirləndirilənlər özlərini təqsirli bilmirlər. Koçaryan və Gevorgyan özlərinə qarşı rüşvətalma ittihamını da rədd edirlər.

1998-2008-ci illərdə hakimiyyətdə olmuş Koçaryan ötən dekabrdan həbsdədir. 64 yaşlı eks-prezident deyir ki, ona ittihamlar indiki baş nazir Nikol Paşinyanın ona qarşı siyasi “intiqamı”dır. Paşinyan 2008-ci il etirazlarında əsas rol oynamış, sonradan iki il həbs cəzası çəkmişdi. O, Koçaryana qarşı cinayət işini müdafiə edir, onu təşkil etməsi iddialarını rədd edir.

Paşinyan ötən ilin mayında hakimiyyətə gəlib. O zaman küçə etirazları nəticəsində Koçaryan-ın çüttəfiqi və varisi Serzh Sarkisian devrildi. Koçaryan təqsirli bilinərsə, 15 illik həbsə məhkum oluna bilər.

COMMENTS