Köçəryan həbs olunur -Məhkəmə qərar verdi

  • By admin
  • 07 Dekabr 2018 17:59

Ermənistanın eks-prezidenti Robert Köçəryanın həbsi haqqında qərar qəbul edilib.

Gununsesi.org xəbər verir ki, qərarı apellyasiya məhkəməsi qəbul edib. Məhkəmə birinci instansiya məhkəmənin həbs haqqında qərarını qüvvədə saxlayıb. Qərarın elan edilməsi zamanı Köçəryan məhkəmə zalında olmayıb.

Qeyd edək ki, bundan öncə Köçəryan həbs etsə də sonradan kassasiya məhkəməsi onun azadlığa buraxılması haqqında qərar qəbul etmişdi. O, 1 mart qırğınlarının təşkilində, konstitusion nizamı dəyişməkdə ittiham edilir.