Köçkünlər üçün hazır mənzillər alınacaq - SƏRƏNCAM

  • By admin
  • 20 İyul 2016 18:11

prezident

 

Prezident İlham Əliyev məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Gununsesi.info xəbər verir ki, sərəncama əsasən məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri ərazisində qəzalı vəziyyətdə olan binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrini hazır mənzil alınması yolu ilə yeni mənzillərlə təmin etmək üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılması tapşırıldı.

Maliyyə Nazirliyinə tapşırıldı ki,  bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Eyni zamanda Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

Gununsesi.info