Köhnə avtobusu üzgüçülük hovuzuna çevirdilər

Köhnə avtobusu üzgüçülük hovuzuna çevirdilər

Fransız sanatçı Benedetto Bufalino köhnə bir avtobusu yan tərəfinə çevirərək “The Bus Pool” adını verdiyi üzgüçülük hovuzuna çevirib. 
Gununsesi.org xəbər verir ki, özünəməxsus yumor anlayışı ilə diqqət çəkən fransız sənətçinin dizayn etdiyi hovuz eyni anda 10-a qədər üzgüçü qəbul edə bilir. Şimali Fransanın Dartua bölgəsindəki “Luvr-Linza” parkında yerləşdirilən hovuza sərinləmək istəyən bölgə sakinləri tez-tez səfər edir.
Həqiqi bir üzgüçülük hovuzundan heç də fərqlənməyən hovuzun eni  2,3 metr, uzunluğu 9 m dərinliyi isə 1,5 metrdir. Avtobusun arxasına insanların hovuza rahat qalxması üçün bir pilləkən də yerləşdirilib.  Hətta layihəyə daxil edilmiş bir xilasetmə platforması da var. Su istiliyi isə 27 – 29 dərəcə arasında saxlanılır.
Gununsesi.org

COMMENTS