Konqo ordusu ölkənin şərqində 12 silahlını məhv edib

  • By admin
  • 20 Yanvar 2020 20:27

Konqo Demokratik Respublikasının Silahlı Qüvvələri ölkənin şərqindəki toqquşmalar zamanı “May-May” qruplaşmasının 12 silahlısını zərərsizləşdirib.

Gununsesi.org xəbər verir ki, bu barədə “Actualite” informasiya portalı bildirib.

Silahlılar İturi əyalətinin Djoqo və Linda yaşayış məntəqələrinə hücum ediblər. Ancaq bu yaşayış məntəqələrində olan ordu bölmələri hücumları dəf edib və silahlıları ciddi itkilərə məruz qoyub.

Ordunun İturidəki rəsmi nümayəndəsi, leytenant Jyul Nqonqo bildirib ki, hərbçilər həmçinin silahlıların avtomat silahlarını və döyüş sursatlarını ələ keçirməyə müvəffəq olublar.

 

Gununsesi.org