Konqoda faciəvi qatar qəzası- ƏN AZ 50 NƏFƏR ÖLÜB

Konqoda faciəvi qatar qəzası

Bu gün Konqo Demokratik Respublikasının cənubunda qatarın relsdən çıxması nəticəsində azı 50 nəfər həlak olub.

Gununsesi.org xəbər verir ki, bu barədə Reuters agentliyi ölkənin humanitar əməliyyatlar və milli həmrəylik nazirinə istinadla məlumat yayıb. Nazirin sözlərinə görə, qatar səhər saatlarında qəzaya uğrayıb.

Hələlik qəzanın səbəbi barədə informasiya verilmir.

 

Gununsesi.org

COMMENTS