Konsertdə basırıq düşdü - 6 NƏFƏR ÖLDÜ

  • By admin
  • 08 Dekabr 2018 12:09

İtaliyanın Ankona şəhəri yaxınlığında konsert zamanı baş verən basırıq nəticəsində azı 6 nəfər həlak olub, 60-a yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Gununsesi.org  xarici KİV-lərə istinadla xəbər verir ki, Korinaldo şəhərində keçirilən rok-konserti zamanı naməlum şəxsin havaya bibər qazı buraxması tamaşaçılar arasında çaxnaşma yaradıb.

Həkimlər 12 yaralının vəziyyətinin ağır olduğunu bildirirlər.