“Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir” – İlham Əliyev

  • By admin
  • 12 Noyabr 2019 17:59

“Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir”

Gununsesi.org xəbər verir ki, bu fikirləri ölkə başçısı İlham Əliyev icra başçıları ilə bu gün keçirdiyi toplantıda səsləndirib və onlara bir sıra ciddi tapşırıqlarını verib.

“İlk növbədə, xalqa xidmət etmək və öz vəzifənizin öhdəsindən peşəkarcasına gəlmək sizin borcunuzdur. Elə işləməlisiniz ki, xalq sizdən razı olsun. Digər tərəfdən, rəhbərlik edəcəyiniz şəhər və rayonlarda xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparmalısınız. Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir”.

 

Gununsesi.org