Kreditlər üzrə faizlər daha 600 milyonu “yedi”

  • By admin
  • 14 İyul 2016 11:47

kredit

 

2016-cı ilin birinci yarısında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,4% artaraq 21 mlrd. 493,9 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 2 mln. 236,5 manat və ya ayda 372,8 manat təşkil edib.

Bu dövr ərzində gəlirlərin 78,2%-i və ya təxminən 16,8 mlrd. manatı son istehlak xərclərinə, 9,3%-i və ya təxminən 2 mlrd. manatı vergilərin, sığorta və üzvlük haqlarının, 2,7%-i və ya 580,335 mln. manatı kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 9,8%-i və ya 2,1 mlrd. manatı isə yığıma yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirlər 19 mlrd. 500,6 mln. manat olub.

 

Gununsesi.info