Kreml: Putin xəstələnib

  • By admin
  • 12 Fevral 2018 22:40


Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov prezident Vladimir Putinin xəstələndiyini bildirib.

“Report” xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” məlumat yayıb.

“Soyuqlayıb, amma işini davam etdirir”, – deyə Peskov qeyd edib.

Bu gün Rusiya prezidenti Soçidə “Rusiya liderləri” müsabiqəsinin finalçıları ilə görüşüb. Tədbirin açılışı zamanı Putin sakit danışdığına görə üzr istəyib.

“Mən üzr istəyirəm, səsim batıb”, – deyə dövlət başçısı üzrxahlıq edib.

Gununsesi.info