Krıma rəhbər seçildi

Krıma rəhbər seçildi

İkinci çağırış Krım Dövlət Şurasının deputatları plenar iclasda Rusiya ilə birləşdikdən bəri bölgəyə rəhbərlik edən Sergey Aksyonovu respublikanın başçısı vəzifəsinə yenidən seçiblər.

Gununsesi.org-un “Life.ru” portalına istinadən verdiyi xəbərə görə, bu barədə parlamentin spikeri Vladimir Konstantinov məlumat verib. 

46 yaşlı Aksyonovun lehinə yekdilliklə- 74 deputatın hamısı səs verib. O, növbəti 5 il müddətinə Krımı idarə edəcək.

Gununsesi.org

COMMENTS