Kriminal avtoritetin güllələndiyi ev satışa çıxarıldı - VİDEO

  • By admin
  • 11 İyul 2019 09:19

Rusiyanın Yekaterinburq şəhərində vaxtı ilə “Sentrovıye” («Центровые») cinayətkar qruplaşmasının liderlərindən birinə – Mixail Kuçinə məxsus ev satışa çıxarılıb. Gununsesi.org-un məlumatına görə, bu barədə “Ura.ru” saytı xəbər verib.

Obyekt haqda məlumat, foto və video daşınmaz əmlak bazası olan “Cian.ru” saytında yerləşdirilib. Üçmərtəbəli tikilinin ümumi sahəsi 311 kv.m təşkil edir. O, Yuqo-Zapadnıy mikrorayonunun Volqoqrad küçəsində yerləşir. Obyektin qiyməti 7,5 milyon rubldur.

Qeyd edək ki, Kuçin məhz bu evdə 1994-cü ildə güllələnib.

Gununsesi.org