Kristian Eriksen rəsmən “İnter”də

  • By admin
  • 28 Yanvar 2020 19:23

“Tottenhem”in futbolçusu Kristian Eriksenin yeni klubu rəsmən açıqlanıb.

Gununsesi.org xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi karyerasını İtaliya “İnter”ində davam etdirəcək.

Futbolçu ilə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, Eriksen helikopter qəzası nəticəsində dünyasını dəyişmiş basketbolçu Kobi Brayanta ehtiram əlaməti olaraq onun forma nömrəsini – 24-ü seçib.

Qeyd edək ki, 2013-cü ildən “Tottenhem”də çıxış edən Danimarka millisinin üzvü keçirdiyi 226 oyunda 51 qol vurub.

 

 

Gununsesi.org