“Kukla”yla debata girməyi özümə yaraşdırmadım

“Kukla”yla debata girməyi özümə yaraşdırmadım

Millət vəkili Fəzail Ağamalı İctimai Televiziyanın efirində gedən yeni “3D” layihəsi verilişində iştirak etməkdən imtina edib. Aparıcı Dadaş Dadaşlinski özünün feyzbuk səhifəsində bu haqda məlumat verib və bildirib ki, oun qeyri-ciddi aparıcı hesab edilməsi düzgün deyil.
Millət vəkili Fəzail Ağamalıdan verilişdə iştirak etməməsinin səbəbini soruşduq. F.Ağamalı Moderator.az-a açıqlamasında sadəcə “kukla” aparıcıyla bir verilişdə olmaq istəmədiyini bildirdi:
“Mən sadəcə “kukla”yla danışmaq istəmədim. O, robot deyil, “kukla” idi. Mən bu verilişdən xəbərsiz idim. Ora məni illərdən bəri tanıdığım və çox böyük hörmət etdiyim jurnalist Esmira xanım dəvət etdi. Dedi ki, belə bir veriliş var, gəlin sual-cavab edəcəklər sizinlə. Mən də etiraz etmədim verilişə gəldim və dedim ki, suallardan çəkinən deyiləm. Orda mənə göstərdilər ki, burdan qapını döyüb girəcəksən, sonra divanda əyləşəcəksən, ekranda robot görünəcək. Sən robota baxacaqsan və guya ki, stulda başqa biri oturub. O, sual verəcək, sən də cavab verəcəksən. Mən də dedim ki, o robot deyil, “kukla”dır. Mən də dedim ki, mən “kukla”yla debatda iştirak etməyi, onun suallarına cavab verməyi özümə rəva bilmirəm. İşlərində uğurlar arzulayıb geri qayıtdım”.
Gununsesi.org

COMMENTS