Kürdəmirdə məskunlaşan məcburi köçkünlərlə görüş keçirildi- FOTOLAR

Kürdəmirdə məskunlaşan məcburi köçkünlərlə görüş keçirildi

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar-qəbul görüşü Füzuli rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları Kürdəmir rayonunda keçirilib.

Gununsesi.org xəbər verir ki, Alı Alıyev bildirib ki, bu cür görüşlər ölkə başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq mütəmadi olaraq keçirilir. Alı Alıyev həmçinin sosial sahədə atılan addımlardan danışıb: “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövlətinin siyasətinin əsas xəttini təşkil edir. Beləliklə, imzalanan hər bir sərəncam Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəlib. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görülür”.

Görüşdə Kürdəmir rayonunda məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkünlərin müraciətləri, arzu və təklifləri dinlənilib. Məcburi köçkünlər tərəfindən qaldırılan problemlər, təklif və müraciətlərin bəziləri rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə yerindəcə həll edilib, digərlərinin isə həll edilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.



COMMENTS