Kürdəmirdə “NİVA” yandı

Kürdəmirdə “NİVA” yandı

Gununsesi.org xəbər verir ki, Kürdəmirdə avtomobil hərəkətdə olarkən qısaqapanma nəticəsində alışıb. Hadisə rayonun Pirli kəndində qeydə alınıb.
“Niva” markalı avtomobil kənd istiqamətində hərəkətdə olarkən​ yanmağa başlayıb.
Sürücü, kənd sakini 1973-cü il təvəllüdlü Kərimov Uğur Sarıbala oğlu dərhal yolun kənarına sürərək avtomobili tərk edib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon yanğından mühafizə idarəsinin 2 yanğınsöndürən maşını və 12 nəfər şəxsi heyəti cəlb olunub.
Yanğından sonra avtomobil tam yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.org

COMMENTS