Kürd yaraqlıları Suriyanın şimalında bir neçə neft quyusunu yandırdı

  • By admin
  • 10 Oktyabr 2019 10:48
 “Demokratik Suriya Qüvvələri” (“SDF”) adlanan  kürd silahlı koalisiyasının yaraqlıları Suriyanın Haseki əyalətinin şimalındakı bir neçə neft quyusunu yandırıb. 
 
Gununsesi.org İsrail mediasına istinadla xəbər verir ki, olay Türkiyə ordusunun Suriyanın şimalına daxil olmasından sonra baş verib.
Hazırda türk Hərbi Hava Qüvvələri Raqqi və Haseki bölgələrindəki “SDF” mövqelərinə zərbələr endirməkdə davam edir. “Sana” xəbər agentliyinın yaydığı məlumata görə, zərbələr bir neçə kənd ərazisindəki kürd yaraqlılarının mövqelərinə endirilib.
Eyni zamanda Türkiyə ordusu “Barış bulağı” əməliyyatının quru döyüşü mərhələsində Suriyada Fərat çayından şərqə doğru hərəkətini davam etdirir.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
“Əməliyyatda iştirak edən qəhrəman hərbçilərimiz Fərat çayından şərqə doğru irəliləməkdə davam edir”, – nazirliyin “Tvitter”də yaydığı məlumatda belə deyilir.
Gununsesi.org