‘Kurtlar Vadisi’ndə şifrəli 1 dollar səhnəsi 15 iyul çevrilişində gerçək oldu

  • By admin
  • 29 İyul 2016 11:54

img2151185

 

Türkiyədə çevrilişə cəhd edən yüksək hərbi rütbəli komandirlərin saxlanılan zaman əksəriyyətinin üzərlərindən tapılan 1 dollarlıq banknotlar “Kurtlar Vadisi Pusu” serialında iki il əvvəl efirə gedən bir səhnəni xatırladıb.

Gununsesi.info Musavat.com-a istinadən xəbər verir ki, sözügedən səhnədə Cahid və Polad Ələmdarın bacısı Safiyə digərlərindən fəqrlənən 1 dollarlıqlar tapmışdılar. Safiyə bu 1 dolların fotosunu xarici ölkədəki müəlliminə internet üzərindən göndərərək şifrəsini açmağa çalışmışdı.

Qeyd edək ki, çevrilişə cəhd edən hərbçilərin evlərini axtaran zaman da 1 dollarlıqlar tapılıb.

Türkiyəli ekspertlər bunu hansısa məna daşıyan şifrə, tanınma vasitəsi hesab edərək, günlərdir ki, TV-lər vasitəsi ilə müzakirə edirlər.

 

Gununsesi.info