Kürü oğurluğunda ittiham olunan səfiri bu şəxs əvəz etdi

  • By admin
  • 24 Aprel 2019 12:30

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yeni səfir təyin edib.

Gununsesi.org-un  xəbərinə görə,  yeni səfir Mahir Əliyev etimadnaməsini bu ölkənin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin baş katibi Əhməd Sari Əl Mazroueyə təqdim edib.

BƏƏ-li rəsmi səfirə fəaliyyətində uğurlar arzu edib.

 Qeyd edək ki, bir müddət əvvəl BƏƏ-dəki sabiq səfir Daşqın Şikarovla bağlı mediada ciddi ittiham yer almışdı. Bildirilirdi ki, diplomat Azərbaycan hökumətinin Əbu Dabi hökmdarı Xəlif ibn Zayed əl-Nahayan üçün nəzərdə tutulmuş kürü hədiyyəsini mənimsəyib.

Hazırda XİN-in rəsmi saytında Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinə səfiri kimi nə Mahir Əliyevin, nə də Daşqın Şikarovun adı qeyd edilib.