Kustar üsulla spirtli içki hazırlayan 14 nəfər həbs edilib

  • By admin
  • 09 Yanvar 2020 22:13

Azərbaycanda qanunsuz spirtli içki istehsal edən 14 nəfər həbs edilib.

Gununsesi.org xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına görə, yanvarın 9-da Baş Prokuoroluqda keçirilən müşavirədə baş prokuror Zakir Qaralov əhalinin sağlamlığının qorunması ilə bağlı bildirib ki, son günlər saxta yolla hazırlanmış spirtli içkilərdən zəhərlənmə faktları ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə spirtli içkiləri kustar üsulla istehsal edən, həmin içkilərin ictimai iaşə və ticarət obyektlərində satışını təşkil edən şəxslər, eləcə də onları texniki spirt və xammalla təmin edən ümumilikdə 14 şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, son günlər kustar üsulla hazırlanmış spirtli içkilərdən zəhərlənərək bir neçə nəfər ölüb, daha bir neçə nəfər isə zərər çəkib.

 

Gununsesi.org