Ləki-Qəbələ dəmir yolu tikintisinin yekunlaşacağıVAXT açıqlanıb

Ləki-Qəbələ dəmir yolu tikintisinin yekunlaşacağı

Ləki-Qəbələ dəmir yolunun tikintisi ilə bağlı torpaq yatağının qurulması işləri ilin sonuna qədər yekunlaşacaq.

Gununsesi.org bildirir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Tarif siyasəti və marketinq şöbəsinin rəisi Əli Qasımov deyib.

Şöbə rəisinin sözlərinə görə, sonradan bu ərazidə dəmir yolu relslərinin qurulması isə gələn ilin ortalarına qədər davam edəcək.

Ə.Qasımov bildirib ki, Ləki-Qəbələ dəmir yolu ilə İsveçrənin “Stadler” qatarlarının xəttə buraxılması nəzərdə tutulub.

COMMENTS