Lənkəranda baş həkimi qətlə yetirən şəxsin şikayəti təmin edilməyib

  • By admin
  • 29 Oktyabr 2019 20:19

Şirvan Apelyasiya Məhkəməsində Lənkəranda qətl törədən şəxsin apelyasiya şikayətinə baxılıb.

Gununsesi.org-un məlumatına görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə Abbasov Vüqar Həmid oğlunun apelyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2017-ci il martın 18-də Lənkəranın Xolmilli kəndində qətl hadisəsi baş verib. Belə ki, Lənkəran rayonunun Xollmilli kənd sakini, 1973-cü il təvəllüdlü Vüqar Abbasov dostu – 1974-cü il təvəllüdlü Fail Xudaverdi oğlu Hüseynovla kənd həkim ambulatoriyasının baş həkimi, rayonun Vel kənd sakini, 1950-ci il təvəllüdlü Vahab Səfərovu onun evində çəkiclə başına vuraraq qətlə yetirib. Evə basqında iştirakçı olan digər şəxs – Fail Xudaverdiyev rayon polis şöbəsinin müvəqqəti saxlama kamerasında polisin silahı ilə özünü güllələyərək intihar edib.

 

Gununsesi.org