“Lənkərandan Lerikə gəzməyə getdi, günorta isə evə meyiti qayıtdı…” -Şəlalədə dünyasını dəyişən uşağın atası (YENİLƏNİB)

  • By admin
  • 17 Avqust 2016 15:11

d808030679f168fcdaae3ce31437dbd0

 

Lerik rayonunda bədbəxt hadisə nəticəsində ölmüş şəxsin meyiti tapılıb. 

Gununsesi.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasediciləri tərəfindən tapılan meyit aidiyyəti üzrə təhvil verilib.
Ölən şəxsin Lənkəran rayonunun Digah kənd sakini, 18 yaşlı Mircavad Məhəmməd oğlu İsmayılov olduğu məlum olub. M. İsmayılov Lənkəran-Lerik şose yolunun 25-ci kilometrliyində, Lerik rayonunun Şivəkəran kəndi ərazisindəki şəlalənin altında çimərkən suda batıb.

Atası Məmməd İsmayılov saytımıza açıqlamasında bildirib ki, dostları ilə səhər Lerikə gəzməyə gediblər: “Günorta ölüm xəbərini aldım … Lerikin Şivəkəran kəndi ərazisindəki şəlalənin altında çimərkən ayağı balığ tilovuna ilişib, üzə bilməyib boğulub…”

Xatırladaq ki, hadisə yerinə cəlb olunan FHN-in xilasediciləri onun meyitini aşkarlayaraq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info