Lalə Şövkət azadlığa çıxan siyasi məhbusları təbrik etdi

  • By admin
  • 17 Mart 2019 08:45

 

Uzun müddətdir siyasi arenadan uzaqlaşan Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Hacıyeva prezident İlham Əliyevin imzaladığı əfv sərəncamına münasibətini bildirib.

Gununsesi.org  xəbər verir ki, Lalə Şövkətin sərəncamla bağlı fikirlərini partiyanın sədri Əvəz Temirxan sosial şəbəkə hesabından paylaşıb:

 “Bu gün azadlığa çıxan yurddaşlarımı təbrik edirəm! Şəxsən tanıdığım Əli İnsanovu, Gözəl Bayramlını, Fuad Qəhrəmanlını və hər birinizi”.

Xatırladaq ki, prezidentin bu gün  imzaladığı sərəncamla 399 nəfər azadlığa çıxıb.