Lavrov bu gün Bakıya gəlir

  • By admin
  • 02 Dekabr 2019 10:05

Bu gün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.

Gununsesi.org Oxu.Az-a istinadən xəbər verir ki, səfərin dekabrın 3-dək davam edəcəyi gözlənilir.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bir neçə gün öncə keçirdiyi brifinqdə Sergey Lavrovun Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə, eləcə də, azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcəyini demişdi.

Gununsesi.org