Lavrovla danışan erməni XİN başçısına təcili yardım gəldi

  • By admin
  • 25 May 2019 19:58

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın iş başında halı pisləşib.

“Gununsesi” erməni mətbuatına istinadən xəbər verir ki, nazirlik əməkdaşları dərhal onun üçün təcili yardım çağırıb. Həkimlər Mnatsakanyana lazımi yardım göstərib. Nazirin təzyiqi qalxdığı məlum olub.

Mənbə bildiririk ki, buna qədər Z. Mnatsakanyan şəxsi istəyi ilə rusiyalı həmkarı Sergey Lavrovla yetərincə ağır telefon danışığı aparıb. Telefon danışığının digər detalları isə hazırda məlum deyil. Lakin aydındır ki, danışıq nazirin istədiyi səmtdə getməyib.