Lerikdə 3 otaqlı ev yanıb

  • By admin
  • 08 Dekabr 2017 23:18

Lerikdə yanğın qeydə alınıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Lerik rayonunda ümumi sahəsi 112 m2 olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 112 m2 sahədə və dama yığılmış 2 ton ot bağlaması yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info