Lerikdə qadın 2 kişi ilə birləşib ərini öldürdü – Rəsmi açıqlama

  • By admin
  • 15 Oktyabr 2018 13:34

Lerik rayonunda ərini öldürüb onu qəzaya düşmüş kimi qələmə verməkdə təqsirləndirilən qadın və cinayəti birgə törətdiyi dostları saxlanılıb.

“Gununsesi.org”un “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, DİN-ə istinadən verdiyi xəbərə görə, 2018-ci il iyunun 29-da Lerik-Yardımlı yolunun 1-ci kilometrliyində meşə zolağında Lerik rayon sakini Mail Ağayevin üzərində xəsarətləri olan meyitinin “UAZ-469B” markalı avtomobilinin yaxınlığında tapılması barədə məlumat daxil olub. Bununla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Araşdırmalar zamanı M.Ağayevin sinəsindən aldığı ağır xəsarətlər nəticəsində öldüyü məlum olub. Məhkəmə tibbi ekspertizasının rəyində də onun döş qəfəsindən daxilə nüfuz edən 3 bıçaq zərbəsi aldığı qeyd olunub.

Qətli törətməkdə şübhəli bilinən M.Ağayevin arvadı Nailə Ağayeva, Lerik rayon sakini Aqil Baxşıyev və Bakı şəhər sakini Vəfalı Əliyev müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.  İstintaq-əməliyyat tədbirləri davam etdirilir.