Leyla Yunus və həyat yoldaşı Hollandiyadan siyasi sığınacaq istədi

  • By admin
  • 24 May 2016 19:33

leyla-arif-yunus

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunus siyasi sığınacaq almaq üçün Hollandiya Xarici İşlər Nazirliyinə müraciət edib.  Gununsesi.info xəbər verir ki, ötən ay müalicə almaq üçün Hollandiyaya gedən Yunuslar artıq sığınacaq almaq üçün sənədlərini Hollandiya XİN-ə təqdim ediblər.

Hollandiya  XİN-dən bildirilib ki, L.Yunusun sığınacaq müraciətinə bir həftə ərzində cavab veriləcək.

Yunusların qızı Dinara Yunus da 2009-cu ildən Hollandiyadan siyasi sığıanacaq alıb. Yunusla ailəsi hazırda Amsterdamda yaşayır.

Xatırladaq ki, Azərbaycanda həbs olunan hər iki şəxs “Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı tərəfindən “Vicdan məhbusu” elan olunub.