Lezbiyanlığı təbliğ etdiyi üçün cizgi filminə boykot elan edildi

Lezbiyanlığı təbliğ etdiyi üçün cizgi filminə boykot elan edildi

“Milyon ana” (“Миллион матерей”) xristian təşkilatı “Oyuncaqların hekayəsi 4” cizgi filmini uşaq auditoriyası arasında homoseksual münasibətləri təbliğ etməsində günahlandırıb. Gununsesi.org-un məlumatına görə, bu barədə “Metro” nəşri yazıb.

Təşkilatın nümayəndələri hər kəsi sözügedən cizgi filmini boykot etməyə çağırıb. Buna səbəb ekran işində lezbiyanların görünməsi olub. Belə ki, epizodların birində iki qadın personaj uşağı məktəbə aparır, daha sonra isə oradan götürür.  Təşkilatdan bildiriblər ki, cizgi filmini istehsal edən “Disney” kompaniyası bununla eynicinsli nikahlara olan münasibəti normallaşdırmaqla yanaşı, həm də uşaqların beynini pozur.

Gununsesi.org

COMMENTS