Lilldə yaşanan toqquşmalar nəticəsində 16 nəfər xəsarət alıb, 36 nəfər saxlanılıb - VİDEO

  • By admin
  • 16 İyun 2016 08:23

 russia-fan2

Fransanın Lill şəhərində futbol azarkeşləri arasında baş verən toqquşmalar nəticəsində 16 nəfər xəsarət alaraq xəstəxanalara yerləşdirilib.

 

Ümumilikdə gün ərzində 50 nəfərə tibbi yardım göstərilib. Ötən gün futbol üzrə Avropa çempionatı çərçivəsində Lilldə keçirilmiş Rusiya-Slovakiya oyunundan sonra 17 nəfər xəsarət alıb, onlardan 6-sı xəstəxanaya yerləşdirilib. Matç başa çatandan dərhal sonra şəhərin müxtəlif bölgələrində toqquşmalar qeydə alınıb.

Son məlumatlara əsasən, Lilldə son sutka ərzində saxlanılanların sayı 36 nəfərə çatıb.  (Euronews, APA)