Lionel Messi 6-cı dəfə “Qızıl buts” aldı

  • By admin
  • 16 Oktyabr 2019 20:58
Gununsesi.org xəbər verir ki, İspaniyanın “Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi “Qızıl buts” mükafatını alıb.
UEFA-ya üzv olan ölkələrin çempionatlarının ən yaxşı bombardiri üçün təsis olunan mükafat cənubi amerikalıya təqdim edilib.
2018/19 mövsümündə La Liqada 36 qol vuran L.Messi 72 xal toplayıb. 32 yaşlı argentinalı bunu 34 matçda gerçəkləşdirib.
L.Messi karyerasında 6-cı dəfə bu mükafata sahib çıxıb. O, 2009/10, 2011/12, 2012/13, 2016/17 və 2017/18 mövsümlərində də bu uğura imza atıb.
Gununsesi.org