Litvada idman təyyarəsi qəzaya uğrayıb, ölənlər var

  • By admin
  • 08 Dekabr 2019 21:05

Litvada yüngül mühərrikli idman təyyarəsi qəzaya uğrayıb.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin milli radiosu məlumat yayıb.

Məlumata görə, hadisə Kaunas rayonunda baş verib. Təyyarə evin həyətinə düşüb. Qəza zamanı 2 nəfər həlak olub.

Hadisə zamanı sakinlər arasında xəsarət alan olmayıb.

Qeyd edilir ki, həlak olanlar 30 və 65 yaşlı yaşlarında iki nəfərdir. İlkin informasiyaya əsasən, həlak olanlardan biri – təcrübəli pilot Viktoras Ramonasdır.

 

Gununsesi.org